Bakıda qadının dəhşətli intiharının səbəbi (Video)

Bakıda özünü 19-cu mərtəbədən atan qadının intiharının səbəbi məlum olub.

Ayşə Dadaşova həyat yoldaşı ilə mübahisə etdikdən sonra intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, Ayşənin intiharından sonra əri binadakı liftin qabağında oturaraq ağlayırmış. Amma ondan arvadının intiharının detallarını və mübahisənin təfsilatını öyrənmək mümkün olmayıb.

Onların üç yaşında bir övladı var.

Qeyd edək ki, hadisə bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binanın 19-cu mərtəbəsində qeydə alınıb.

Bu barədə ilk məlumatı Lent.az yayıb. Amma bu ailənin həmin binada yaşadığı təsdiqlənmir. Ayşənin intihar məqsədi ilə həmin binanın damına çıxdığı deyilir.

Şərhlər
Hadisə bölməsinin xəbərləri