Nərgiz Cəlilova: “Gənc vaxtlarımda çox təklif gəlirdi”

Nərgiz Cəlilova: “Gənc vaxtlarımda çox təklif gəlirdi” Həmkarlarımın seçimlərinə hörmətlə yanaşıram.

Bu sözləri aparıcı Nərgiz Cəlilova bəzi həmkarlarının filmlərə, seriallara çəkilməsi ilə bağlı danışarkən deyib. Aparıcı bildirib ki, ona təklif gəlməsinə baxmayaraq, filmlərdə rol almaq istəməyib:

"Həmkarlarımın seçimlərinə hörmətlə yanaşıram. Amma filmdə rol almaq mənim üçün maraqlı olmayıb. Gənc vaxtlarımda mənə bir çox filmdən aktrisa kimi çəkilməyim üçün təklif gəlirdi. Lakin bu təkliflərin heç birini qəbul etmədim. Çünki heç vaxt arzu etməmişəm ki, aktrisa kimi filmlərdə rol alım.

Buna baxmayaraq, televiziyaya yeni gəldiyim vaxtlarda bir animasiya filmi var idi. Orada animasiya ilə yanaşı, real kadrlar da çəkilirdi. Həmin animasiya filmində ana obrazını canlandırmışam. Hətta yadımdadır ki, filmdə olan uşaqlarıma nağıllar da oxuyurdum. Ancaq nə vaxtsa filmdə rol almaq kimi bir planım yoxdur".

Qeyd edək ki, son vaxtlar Şəhriyar Əbilov, Nərgiz Məmmədova, Mətanət Əliverdiyeva kimi tanınmış aparıcılar müxtəlif seriallarda çəkilirlər.



Axar.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53