Məşhur aparıcı Azərbaycanın əxlaqsız "kuklaları"ndan danışdı [VİDEO]

Məşhur aparıcı Azərbaycanın əxlaqsız "kuklaları"ndan danışdı [VİDEO] Rusiyanın məşhur teleaparıcısı İvan Urqant öz verilişi “Veçerniy Urqant”da bir neçə gün öncə qalmaqala səbəb olan azərbaycanlı rəssamlardan danışıb.

ANS-in məlumatına görə, 3 uşaq atası olan aparıcının mövzusu Azərbaycan rəssamlarının Rusiyanın Perm vilayətində keçirilmiş "Şəkər dağları. Neft sahilləri" adlı sərgi, daha doğrusu əxlaqsız olduğu iddia edilən kuklar olub.

Məşhur teleaparıcının fikrincə, sərgidə bu cür gəlinciklərin quraşdırmasını əxlaqsızlıq hesab etmək olmaz. "Burda nə var ki? Qız uşaqları olan istənilən evdə gəlinciklərin belə instalyasiyasını görmək olar. Bəzən mənim qızlarımın otağında şkaflarda gəliciklər elə formada atılır ki, mən belə utanıram".

Urqant azərbaycanlı rəssamları qınamağın gərəksiz olduğunu deyib. Əgər sərgi, nəyin harada olması kiminsə xoşuna gəlmirsə gələn dəfə qarışıqlığı yığışdırmağa kömək etsin.


"Veçernıy Urqant" verilişi (ilk 4 dəqiqə)

Bir neçə gün öncə Rusiyanın Perm prokurorluğu PERMM muzeyində azərbaycanlı rəssam Vüsal Rəhimin nümayiş etdirdiyi gəlinciklərlə bağlı araşdırma edib. Permlilərin firkincə, göstərilən bəzi gəlinciklər "zorakılığı, seksual və moral əxlaqsızlığı, pedofilliyi, uşaq pornoqrafiyasını təbliğ edir, cəmiyyətin və dövlətin əxlaqi dayaqlarını dağıdır".

Məşhur aparıcı Azərbaycanın əxlaqsız "kuklaları"ndan danışdı [VİDEO]

Sərgidə nümayiş etdirilən gəlinciklər

8-15 noyabr tarixlərində keçirilən sərgi Rusiyanın Perm vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Sərgi başa çatsa da, valideynlər şikayətlərində israr edirlər. Onlar əllərindəki foto şəkilləri və broşürləri prokurorluğa təqdim edərək övladlarını bu cür tədbirlərdən qorumağı tələb edirlər. 7-15 noyabrda muzey ziyarətçiləri arasında olan uşaqların valideynləri petisiya yaradıblar .

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İcamaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov PERMM muzeyindəki sərgi ilə bağlı ANS-ə açıqlamasında bildirib ki, bu tədbirdə iştirak etməklə bağlı hər hansı rəsmi müraciət, təklif və yaxud da tədbir haqqında məlumat daxil olmadığını deyib.


Şərhlər
Sosial bölməsinin xəbərləri

Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53