Malidə hoteldə girov götürülənlərin bir hissəsi sərbəst buraxılıb

Malinin paytaxtı Bomako şəhərində “Radisson” hotelində girov saxlanılanların bir hissəsi azad olunub.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.
Şərhlər
Dünya bölməsinin xəbərləri