Unikal futbol turnirinin qalibi müəyyən olundu

Unikal futbol turnirinin qalibi müəyyən olundu Bakcell şirkətinin dəstəyi ilə keçirilən Red Bull Winning 5 unikal futbol turnirinin qalibi müəyyən olundu.

“De Fakto” komandası dünya finalında Azərbaycanı təmsil edəcək.

1 noyabr tarixində “Bayıl Arenada” Red Bull Winning 5 çempionatının final mərhələsi keçirildi. Milli finalda 16 komanda iştirak etdi. Gərgin mübarizənin nəticəsində “De Fakto” komandası birinci yerə yüksəldi, “UNEC” komandası ikinci, “Mehdiabad” komandası isə üçüncü yerə çıxdı.

“De Fakto” və “UNEC” komandaları Bakının seçmə mərhələsində, “Mehdiabad” komandası isə Sumqayıtda keçirilən turda qalib gələrək finala keçmişdilər. Final oyunlarında “De Fakto” və “UNEC” komandaların qarşılaşmasının nəticəsində birinci və ikinci yerlərin sahibləri müəyyən olundu. “Mehdiabad” komandası isə üçüncü yer uğrunda “Qaçqın City” komandası ilə oynadı.

Qalib komandanın kapitanı “de fakto” sözlərini mahnıda eşidib və həmən sözlər xoşuna gəldiyindən komandanı belə adlandırmaq qərarına gəlib. Bütün heyət bir biri ilə dostdur. Sevimli komandaları – “Real Madrid” klubudur. Seçmə mərhələsində özlərini azad, matçlarda isə asanlıqla qələbə əldə ediblər.

“De Fakto” komandasının heyəti: Bəxtiyar Məsiməliyev – kapitan, Babək Allahverdiyev, Əliağa Xudiyev, Elməddin Hüseynzadə, Xəlqan Məmmədov, Əsqər Əsqərov və Nihad İsmayilov.

“UNEC” komandası ləyaqətli rəqib idi, bu komanda ilə seçmələrdə də üz üzə gəlmişdik. Uduzada bilərdik, amma komanda əlindən gələni etdi və qalib olduq. Dünya finalında Azərbaycanı təmsil etməyə hazırıq və layiqincə təmsil edəcəyimizə inanırıq.” – komandanın kapitanı Bəxtiyar Məsiməliyev bildirdi.

Çempionatın xüsusi qonağı, dünyada ən yaxşı futbolçu-fristayler – Sian Qarnyer (Sean Garnier). 31 yaşlı fransız idmançı, dünyada ən yaxşı sərbəst üslublu futbolçu kimi tanınmışdır; o Fransanın üçqat çempionu və ikiqat dünya çempionudur, onun fristayl futbolu, fristayl basketbolu və bir neçə küçə idman növlərini birləşdirən "Street Style Society" adlı komandası var.

Final mərhələsi zamanı, final oyunundan öncə Sian topla öz əfsanəvi şousunu göstərdi. Həmçinin, turnirin iştirkaçıları və jurnalistlərlə üz üzə oynayıb, öz bacarığını nümayiş etdirdi. Sonda isə Sian Qarnyer, Murad Səttarlı (AZAL PFK), Nuqzar Kvirtia (AZAL PFK), Aleksandre Quruli (AZAL PFK) və Ramiz Çovdarov (Araz, futzal) oyunçuları bir komandada olaraq turnirin qalib komandası ilə yoldaşlıq matçı oynadılar. Sian bu oyun zamanı rəqib komandanın ən yaxşı oyunçusuna – Nihat İsmayılova öz topunu hədiyyə etdi.

Turniri unikal edən onun konsepsiyasıdır, harada ki, hər komandada beş oyunçu olur, matç qapıçılarsız keçir və əks komandanın qapılarına vurulmuş hər qol, həmin komandanın bir oyunçusunu meydançadan uzaqlaşdırır.

Red Bull Winning 5 – ənənəvi qaydalarından fərqlənən qaydaları ilə kəçirilən, bütün dünyada futbolun həvəskarları tərəfindən sevilən futbol çempionatıdır. Azərbaycanda turnir ikinci dəfə keçirilir və 2013-cü ildən fərqli olaraq, bütün ölkəni əhatə edir. Oktyabrın 14-dən 25-ə qədər ölkənin bütün regionlarında seçim turları keçirilib və bunların nəticəsində milli finala 16 komanda seçilib. Seçim turları növbəti şəhərlərdə keçib: Quba, Şəki, Gəncə, Lənkəran, Sumqayıt, Bakı. Bu il keçirilən çempionatın əsas tərəfdaşı, yerli futbolun inkişafında fəal iştirak edən Bakcell şirkətidir.



Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Unikal futbol turnirinin qalibi müəyyən olundu
Şərhlər
İdman bölməsinin xəbərləri