Heydər Əliyev Sarayında Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Heydər Əliyev Sarayında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev B. Vahabzadənin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb. Nazir qeyd edib ki, B. Vahabzadə Azərbaycan dilinin və mənəviyyatının qorunmasında müstəsna xidmətlər göstərib və şairin yubiley mərasimi müxtəlif tədbirlərlə ilboyu davam edəcək.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli B. Vahabzadənin yaradıcılığındakı özünüdərk ideyalarından, milli şüurun formalaşmasındakı xidmətlərdən bəhs edib.

Yubiley tədbirində şairin indiyədək çap edilən kitablarından ibarət sərgi təşkil edilib, səhnəyə qoyulan tamaşalarından parçalar oynanılıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57