Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Rusiya paytaxtında Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

APA-nın verdiyi məlumata görə, anım mərasimi dünya şöhrətli müğənninin vəfatının ildönümü günü heykəli qarşısında keçirilib. Tədbirdə musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiyanın xalq artisti Lev Leşenko, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, mərhum sənətkarın pərəstişkarları iştirak ediblər. Keçmiş sovet məkanında milyonların sevimlisi olan Müslüm Maqomayevin yaşadığı evin, Azərbaycanın Rusiyadakı səfirliyinin yanında ucaldılmış heykəlinin önünə gül dəstələri düzüblər.

M. Maqomayevin həyat yoldaşı, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya Maqomayevin sənətinin pərəstişkarlarına, onu sevən və xatirəsini ürəklərində saxlayan insanlara dərin təşəkkürünü bildirib.


Daha sonra "Zafferano" restoranında musiqiçinin memuarları əsasında çəkilmiş “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin premyerası keçirilib.


Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də vəfat edib, Bakıdakı I Fəxri Xiyabanda dəfn olunub.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57