İnternetdə məlumatlar filtrlənəcək (VİDEO)

20 oktyabr-20 noyabr Azərbaycanda “Uşaq hüquqları aylığı” kimi qeyd olunur.

ANS TV-nin məlumatına görə, uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz imkanlar sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Lakin iş bununla bitmir.

ETM-in baş məsləhətçisi Aysel Hadıyeva bildirib ki, BMT Uşaqlar Konvensiyasının qəbul olunması ildönümü münasibətilə hər il bu vaxtı respublikamızda “Uşaq aylığı” kimi qeyd olunur. Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizliyi Mərkəzi “Uşaqların internet təhlükəsizliyi” mövzusunda noyabrın əvvəlində tədbir keçirməyi planlaşdırır. Tədbirdə internet haqqında uşaqlar maarifləndiriləcək.

Məlumdur ki, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmir. Bununla yanaşı internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər.

Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur. Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan biri də bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmasını uşaqlara düzgün şəkildə çatdırmaqdır.


шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri

İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51