Cəlilabadın Heydər Əliyev prospektində zəncirvari qəza [Video]

Bu gün səhər saatlarında Cəlilabadın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, prospekt boyu hərəkətdə olan Cəlilabad sakini, 54 yaşlı Əbilov Ramiz Əliheydər oğluna məxsus “Vaz 21011” markalı avtomobil qarşı tərəfdən gələn, Fərəcov Elşənin idarə etdiyi “Vaz 2106” markalı avtomobilə çırpılıb. Daha sonra 011 markalı avtomobil yolun kənarında hərəkətsiz dayanmış “Mersedes”ə dəyib.

Hadisə nəticəsində “Vaz 21011”-in sərnişini, 30 yaşlı Aytən Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Qəzanın “Vaz 21011” markalı avtomobilin sürüsüsünün sürət həddini aşma səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırmalar davam edir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri