"Bakcell": Hazırkı iqtisadi durumda dördüncü mobil operatorun bazara çıxmasının səbəblərini anlamırıq

“Avropa ölkələrindəki tendensiya göstərir ki, bazardakı mobil operatorların sayında azalma müşahidə olunur”

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer "Delta Telecom"un Azərbaycan bazarına dördüncü mobil operator qismində çıxmasına münasibət bildirib.

APA-nin məlumatına görə, R. Şirer bildirib ki, hazırkı iqtisadi durumda dördüncü mobil operatorun bazara daxil olmasının səbəblərini anlamır: "Bəli, KİV-də belə bir xəbər yayılıb ki, "Delta Telecom" mobil operator bazarına çıxır. Bizim üçün naməlum olan odur ki, nəyə görə indiki iqtisadi şəraitdə dördüncü mobil operator Azərbaycan bazarına girmək istəyir? Hazırda iqtisadi baxımdan müəyyən qeyri-müəyyənliklər var. Neftin qiyməti aşağıdır. Azərbaycan bazarında hazırda 3 operator var və onlar çox fəal işləyir, infrastruktur layihələrə böyük investisiyalar yatırır".

R. Şirerin sözlərinə görə, Avropa ölkələrində cərəyan edən tendensiya onu göstərir ki, bazardakı mobil operatorların sayında azalma müşahidə olunur. "Bu gün İtaliyada mobil operatorların sayı 4-dən 3-ə, Böyük Britaniyada 5-dən 3-ə, Fransa da mobil operatorların sayı 5-dən 4-ə düşüb", - deyə o qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri