Bakı sakini taksidə bıçaqlanıb

Bakının Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, Məftun İmanquliyev taksidə bıçaqlanıb. O, Pirşağıdan şəhərə gedən taksiyə minib. Yolda Məftun İmanquliyevlə digər sərnişin arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. M.İmanquliyevlə mübahisə edən sərnişin cibində olan bıçaqla ona zərbələr endirib, daha sonra hadisə yerindən qaçıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, bıçaq yarası ilə yanaşı, M.İmanquliyevin baş nahiyyəsində də xəsarətlər var.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri