Sabah Azərbaycanın bəzi yerlərində şimşək caxacaq, yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində şimşək caxacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyunun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Çənub-şərq küləyi gündüz malyim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 6-da hava gündüz əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri