Azərbaycanda 22 min müəllimin əməkhaqları artırılacaq

2016-cı ildə Azərbaycanda orta təhsil müəssisələrinin 22 min müəlliminin əməkhaqları artırılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "2016-cı il üçün Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, gələn ilin dövlət büdcəsində sosial ehtiyaclar üçün xərclərin azaldılmaması sayəsində mümkün olacaq.

H.Rəcəbli, həmçinin qeyd edib ki, gələn il 12 regionda müəllimlərin attestasiyası üzrə mərkəzlər yaradılacaq. Bu ehtiyaclara 50 milyon manat ayrılacaq.

Ümumilikdə attestasiya 32 min müəllimi əhatə edəcək ki, bunun üçün 60 milyon manat ayrılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri