Gəncədə evlərin birində partlayış olub, xəsarət alan var

Gəncədə evlərin birində qaz sızması səbəbindən partlayış olub.

APA-nın verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında tibb bacısı işləyən, 1968-ci il təvəllüdlü Gültəkin Mustafayeva yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub və o yuxarı ətrafın 2-3 cü dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri