Yevlaxda 3 yaşlı uşaq kanalda batıb

Yevlax rayonu İsmayılabad kəndində Şor kanalında batmış 2012-ci il təvəllüdlü Əkbərov Ayxan Əbülfət oğlunun axtarışları başa çatıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, xilasedicilər A.Əkbərovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Yevlaxda bir nəfər su kanalına düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Yevlax rayonunda suvarma kanalına 1 nəfərin düşməsi barəsində məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş nazirliyin müvafiq xilasetmə qüvvələri axtarışlara başlayıblar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri