Göygöldə 37 yaşlı qadın yoldaşı tərəfindən bıçaqlanıb

Göygöldə 37 yaşlı qadın bıçaqlanıb.

APA-nın verdiyi məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Mehriban Hacıyeva bel nahiyəsindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, M. Hacıyeva ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri