Azəryolservis”ə məxsus xeyli sayda yağış barmaqlığı oğurlanıb

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansında olan yollardan xeyli sayda yağış barmaqlığı oğurlanıb.

“Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri Ziya Bünyadov prospektidir. Prospektdə qısa müddət ərzində 179 ədəd barmaqlıq oğurlanıb.

Anoloji faktlar Heydər Əliyev prospektinin “Böyük Şor yol qovşağı”ndan “Mərdəkan yol qovşağı”nadək olan hissəsində də qeydə alınıb. Burda oğurlanan yağış barmaqlıqlarının sayı 69 ədəddir.

Nobel prospektində isə yolun hərəkət hissəsinin kənarlarında yerləşən 10 ədəd yağış-kanalizasiya sistemlərinə aid quyuların barmaqlıqları götürülüb.

Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib. Faktla bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC rəsmi olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həmin hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində işlər aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri