Tanınmış aparıcı Emin Musəviyə yeni vəzifə verildi

Tanınmış aparıcı Emin Musəviyə yeni vəzifə verilib.

Bunu Facebook səhifəsində yazıb. Emin Musəvi bundan sonra “ASAN FM” radiosunun rəhbəri vəzifəsində çalışacaq.

"Hazırda texniki məsələlər üzərində iş gedir. “ASAN xidmət”in öz fəaliyyətində rəhbər tutduğu şəffaflıq prinsipinə qoşularaq vurğulamaq istəyirəm ki, “ASAN FM”də çalışacaq peşəkar və gənc kadrlar öz bilik və bacarıqlarına uyğun seçiləcəklər.
Əminəm ki, “ASAN xidmət” kimi “ASAN FM” də qısa müddət ərzində xalqımızın rəğbətini qazanacaq və sevilən radioya çevriləcək", - Emin Musəvi yazıb.

Qeyd edək ki, Emin Musavinin radio və televiziya sahəsində 20 ilə yaxın təcrübəsi var. Belə ki, E.Musavi 1997-ci ildə ANS ÇM radiosunda fəaliyyətə başlayıb, 2004-cü ildə “106.3 FM” radiosunu yaradıb və həmin radionun rəhbəri olub. Son illər E. Musavi Latviyanın dövlət orqanları və Latviyanın Azərbaycandakı səfirliyi ilə PR və media sahəsində əməkdaşlıq edir, Latviyada Azərbaycan haqqında radio verilişləri hazırlayır.

“ASAN FM” radiosu yaxın vaxtlarda 100 FM dalğasında yayıma başlayacaq.



Lent.az
Şərhlər
Sosial bölməsinin xəbərləri