Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub

Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.

Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.


*** *** ***

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə hücum edilib.


Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri