UEFA klubların reytinq siyahısını açıqlayıb

Avrokubokların qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb. APA-nın məlumatına görə, Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdu.

Hesabında 12,3750 xal olan ağdamlılar qitənin 129-cu komandasıdı. 9,8000 xalı olan “Neftçi” 162-ci, “İnter” 5,3750 xalla 248-cidi.

5,1250 xala malik “Qəbələ” 254-cü yerdə qərarlaşıb. Digər klublarımızdan “Xəzər Lənkəran” (4,3750) 284-cü, “Bakı” ilə AZAL (hər ikisi 3,1250) 334-cüdü.

Təmsilçilərimizin Avropa Liqasındakı rəqiblərindən Almaniya “Borussiya”sı (Dortmund) 93,7780 xalla ilk “onluq2da yer alıb. “Qəbələ” ilə eyni qrupda çıxış edən Bundesliqa təmsilçisi 9-cu pillədə qərarlaşıb. Ümumiyyətlə Azərbaycan klublarının bütün rəqibləri təmsilçilərimizlə müqayisədə daha yüksək mövqedədi. İngiltərə “Tottenhem”i (63,2810) 24-cü, Belçika “Anderlext”i (44,0000) 38-ci, Yunanıstan PAOK-u (33,0400) 56-cı, Fransa “Monako” (32,2830) 57-ci, Rusiya “Krasnodar”ı (16,0960) 105-ci pillədədi.

Qeyd edək ki, siyahıya 147,5140 xala malik İspaniya “Real”ı (Madrid) başçılıq edir.
Şərhlər
İdman bölməsinin xəbərləri