“Qəbələ” 2 futbolçu ilə müqavilə bağlayıb

“Qəbələ” 2 futbolçu ilə müqavilə bağlayıb “Qəbələ” daha 2 futbolçu ilə müqavilə bağlayıb. APA-nın məlumatına görə, bölgə klubu ilk legioner transferlərini həyata keçirib.



Belə ki, seneqallı dayaq yarımmüdafiəçisi İbrahima Niasse ilə 1 illik müqavilə bağlanılıb. “Simurq”un polşalı qapıçısı David Petrzkeviçlə də yeni anlaşma əldə olunub. Onun müqaviləsinin müddəti 1+1-dir. Bu isə o deməkdir ki, futbolçu özünü yaxşı tərəfdən göstərsə, növbəti mövsümün sonunda daha 1 il də müqavilənin müddəti uzadıla bilər.



Qeyd edək ki, 25 yaşlı Niasse bundan öncə “İnter”də çıxış edirdi. O, 2011-ci ilin oktyabrında İsveçrənin “Ksamaks” klubundan gəlmişdi. 25 yaşlı Petrzkeviç isə ötən yay Çexiyanın “Banik” klubundan “Simurq”a qoşulmuşdu.
Şərhlər
İdman bölməsinin xəbərləri