Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan gömrükçüləri ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "APA-Economics"in xəbərinə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Natiq Həsənovun idarə etdiyi "Audi S4" markalı minik avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin salonundan ümumi xalis çəkisi 0,37 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri