Avropa Liqası: “Qarabağ” – “Anderlext” - 1:0

Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib. APA-nın məlumatına görə, Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.

İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Belə ki, bu top matçda yeganə olub.

Azərbaycan klublarının qrupda ilk qələbəsini qazanan Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Buna “Qarabağ”ı ilk oyunda məğlub edən "Tottenhem"in Fransadan xalla ayrılması səbəb olub. “Monako”nun qalib gələ bilməməsi təmsilçimizi 2-ci pilləyə daşıyıb.


Avropa Liqası, qrup mərhələsi
II tur

1 oktyabr

J qrupu

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0
Qol: Almeyda, 36
Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Stefan El-Şaaravi, 81 - Lamela, 35
Baş hakim: Artur Dias (Portuqaliya)
Monako. “Stade Louis II"
Şərhlər
Hadisə bölməsinin xəbərləri