Bakı-Quba yolunda 2 yük avtomobili toqquşub, 2 nəfər ölüb

Bu gün axşam saatlarında Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 79-cu km qeydə alınıb. “Qazel” və "Schacman" markalı yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri