"Western Union"un prezidenti: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanı deyil, Azərbaycanı seçdik"


“Hər iki ölkənin Mərkəzi Bankları qarşımızda şərt qoydu"

"Dağlıq Qarabağ münaqişəsi səbəbindən biz Azərbaycanla Ermənistan bazarı arasında seçim etmək məcburiyyətində qaldıq və biz Azərbaycanı seçdik".

APA-nin məlumatına görə, bunu Rusiyanın "Vedomosti" qəzetinə müsahibəsində "Western Union" şirkətinin prezidenti Hikmət Ersek deyib.

"Hər iki ölkənin Mərkəzi Bankı bizim qarşımızda seçim qoydu: biz bu iki ölkədən yalnız birində fəaliyyət göstərə bilərdik. Təbii ki, mən istərdim ki, biz Ermənistanda da işləyək, lakin biz şəraitə uyğunlaşmalıyıq. Ermənistan razılaşsaydı, biz sabahdan etibarən orada biznesimizi qurmağa başlayardıq", - deyə H. Ersek bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri