Bakıda 3 nəfəri maşın vurub: 2 ölü

Hər iki faktla əlaqədar cinayət işi açılıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində "Jeep" markalı avtomobil qadınla kişini vurub. Nəticədə qadın hadisə yerindəcə keçinib, kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə bu gecə Nizami rayonunda da qeydə alınıb. Mikayıl Əliyev küçəsində "Opel" markalı minik avtomobili 60 yaşlı kişini vurub. Nəticədə 60 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hər iki faktla bağlı cinayət işi açılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri