2022-ci ildə keçiriləcək DÇ-nın tarixləri bəlli oldu

FİFA İcraiyyə Komitəsinin Surix şəhərində keçirilən iclasında 2022-ci ildə Qatarda keçiriləcək Dünya Çempionatının tarixləri təsdiqlənib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, turnir 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək.

Fevralda Dohada keçirilən işçi qrupunun iclasında yayda Qatarda anomal istilər olduğundan, Dünya Çempionatının qışda keçirilməsi təklif olunmuşdur.
Şərhlər
İdman bölməsinin xəbərləri