Təkrarolunmaz Robert De Niro “Stajçı”filmində

Təkrarolunmaz  Robert De Niro “Stajçı”filmində Sentyabrın 24 –dən etibarən Nizami Kino Mərkəzi ABŞ-ın istehsalı olan “Stajçı” filmlərinin nümayişinə başlayır. Filmin dünya premyerası 23 sentyabr baş tutub.


Komediya janrında çəkilmiş “Stajçı” filminin ssenari müəllifi və rejissoru Nensi Mayersdir. “Təcrübə heç vaxt qocalmır ” filmin sloqanıdır.


70 yaşlı dul kişi Ben Uitaker başa düşür ki, təqaüdə çıxmaq hələ son deyil. O, fürsətdən istifadə edib moda saytlarının birində Culs Ostinin rəhbərliyi altında stajçı kimi işləməyə başlayır...

Filmdəki rolları Enn Xeteuey, Robert De Niro, Rene Russo, Nat Vulf, Drena De Niro, Adam Divayn, Aollis Karri-Vud, Anders Xolm, Liz Selesta və Endryu Rennels ifa ediblər.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53