“Volkswagen”-in başçısı istefaya gedir

“Volkswagen” konserninin idarə heyətinin sədri Martin Vinterkorn istefaya gedir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə konsernin Müşahidə Şurasının iclasından sonra bildirilib.

Avropanın ən böyük avtomobil konserninə yeni rəhbərin təyin edilməsinə dair qərar cümə günü qəbul ediləcək.

Bundan əvvəl avtokonsernin ekoloji normaları pozmasına görə 18 mlrd. ABŞ dolları dəyərində cərimələnəcəyi barədə məlumat yayılmışdı.
Şərhlər
Avtomobil bölməsinin xəbərləri