Fatih Terim mövsümün sonuna qədər oyunlardan kənarlaşdırıla bilər

Türkiyənin "Qalatsaray" klubu ötən gün "Mersin İdman Yurdu" ilə qarşılaşmadan sonra çətin vəziyyətə düşüb. Oyun zamanı komandanın baş məşqçisi Fatih Terim, ardınca isə köməkçiləri Həsən Şaş və Ümid Davala tribunaya göndəriliblər. Onlara Türkiyə Futbol Federasiyası tərəfindən cəza veriləcəyi gözlənilir. Beləliklə, "Qalatasaray" növbəti bir neçə oyuna məşqçisiz çıxmalı olacaq.

Oyunun 44-cü dəqiqəsində 4-cü hakimlə mübahisə etdikdən sonra meydançaya girən və hakim Süleyman Abayın üstünə gedən Fatih Terimi daha ağır cəza gözləyir. Ötən mövsüm aldığı üç oyunluq cəzanın ikisi təxirə salınan Fatih Terim hazırkı mövsümün sonuna qədər oyunlarda iştirak etməyə bilər. Onun 10 oyunluq cəza alacağı gözlənilir. Halbuki, Türkiyə Superliqasının bitməsinə cəmi 6 tur qalıb.

Həsən Şaşın da azı 5 oyunluq cəza ala biləcəyi deyilir.


Şərhlər
İdman bölməsinin xəbərləri