İçərişəhərdə “Avropa şəhərciyi 2015” tədbiri təşkil olunub

Bu gün İçərişəhərdə “Avropa şəhərciyi 2015” tədbiri təşkil olunub.

APA-nın məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqının üzv ölkələrinin səfirlikləri tərəfindən təşkil olunan tədbirin məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.

Tədbirin açılışında çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, gün ərzində davam edəcək tədbir Avropaya bir pəncərədir: “Avropa ölkələri burada öz mədəniyyətlərini, fərqliliklərini nümayiş etdirəcək. Bakı sakinləri Avropa ilə, Avropa mətbəxi ilə yaxından tanış olacaqlar. Ümid edirik ki, bu gün həm böyüklər, həm də uşaqlar üçün maraqlı və yaddaqalan olacaq”.

Daha sonra Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri öz dillərində “Avropa şəhərciyi”nin qonaqlarını salamlayıblar.

Tədbir saat 20:00-dək davam edəcək.

“Avropa şəhərciyi”ndə Aİ-yə üzv ölkələrin Azərbaycandakı səfirliklərinin stendləri qurulub. Hər bir ölkə öz mədəniyyətini, mətbəxini təbliğ edir, ölkəsi barədə məlumatlar çatdırır. Tədbirin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir.

“Avropa şəhərciyi 2015”-in konsert hissəsinin əsas qonağı isə Şotlandiyanın Peatbog Faeries qrupudur.

Qeyd edək ki, bu tədbir Azərbaycanda artıq 3-cü ildir, təşkil olunur.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57