Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər xasarət alıb [Video][Foto]

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər xasarət alıb [Video][Foto] Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər xasarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir.

Bundan əvvəl 52 nəfərin öldüyü, 30 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, hazırda Məkkədə Həcc ziyarəti həyata keçirilir.

_______________


Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub.

APA-nın xəbərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində 10 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir.

Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.


__________________


20:15

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.


Şərhlər
Dünya bölməsinin xəbərləri