Moto Festivalın bağlanış mərasimi başa çatdı

IV Beynəlxalq Qafqaz Moto Festivalın bağlanış mərasimi başa çatıb.

ANS-in məlumatına görə, mərasimdə "Beatles" qrupu və "Ledi Qaqa"nın tribute-larının çıxışlarından sonra səhnəyə "Natiq" ritm qrupu dəvət olunub.

"Natiq" ritm qrupunun performansı əsasən milli ruhda olub. Çıxışda ən maraqlı hissə isə möhtəşəm nağara sədaları altında Azərbaycan xalq mahnısı "Sarı Gəlin"in səsləndirilməsi olub.

Bağlanış mərasimi elə bu sədalar altında, milli ruhda başa çatıb.

Şəkidə IV Beynəlxalq Qafqaz Moto Festivalına dünən start verilib. Möhtəşəm CAUCASUS MOTO FESTi-nin rəsmi açılışı mərasimi Şəki Olimpiya Kompleksində baş tutub.

Qədim Şəki şəhəri həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul edib. Festivalın ilk günü CMF sərgi və yarmarkasının açılışı olub. Açılış mərasimində "Elvis Presli", "Kiss" qruplarının tributeları çıxışları ilə şəkililərə və turistlərə unudalmaz anlar yaşadıblar.

Zəngin və rəngarəng proqramlı Moto festivalın açılışı Milli qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

“Harley Davidson”, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə baş tutacaq festivalda ötən il olduğu kimi bu dəfə də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şoularla start götürüb.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53