FHN Bakıda sərnişin avtobusunun yanması ilə əlaqədar rəsmi açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi Bakıda sərnişin avtobusunun yanması ilə əlaqədar rəsmi açıqlama yayıb.

APA nazirliyin rəsmi istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. "TRANS-QEYT" MMC-yə məxsus sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri