Pyotr Poroşenkonun Azərbaycana səfəri planlaşdırılır


Ukrayna prezidentinin mətbuat katibliyi: Səfərin tarixi Azərbaycan tərəfi ilə müzakirə olunur

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə APA-ya Ukrayna Prezident Administrasiyasının mətbuat katibliyindən məlumat verilib.

Mətbuat katibliyindən bildiriblər ki, hazırda Azərbaycan tərəfi ilə səfərin tarixi müzakirə edilir. “Ukrayna prezidenti dəfələrlə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafının vacibliyini vurğulayıb”, - deyə açıqlamada qeyd olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri