"Azərbaycan Beynəlxalq Bankı"nın rəhbərinin qardaşı "Bank Technique"dən çıxıb

"Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru Məmmədov Əhməd Məmməd oğlu işdən çıxıb.

APA daxil olan məlumata görə, Ə. Məmmədov bu gün öz xahişi ilə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ə. Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri