Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub

Bakıda polis əməkdaşının törətdiyi qəzanın təfərrüatları açıqlanıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qəzanı törədən Aydın Babayev Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşıdır. O, idarə etdiyi “Mercedes” markalı, 10 GC 019 dövlət nömrə nişanlı avtomobillə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, 1987-ci il təvəllüdlü Samir Dənziyevi piyada xidməti aparan zaman vurub. Nəticədə xəsarət alan polis əməkdaşı Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib.

S.Dənziyev xəstəxanaya yerləşdirilib.

Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri