Nazarbayev: "Neftin qiymətinin 30-40 dollar səviyyəsinə adaptasiya olmaq lazımdır"

Neftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir.

APA xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, "mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır".

Ölkə başçısı bildirib ki, neftin və metalların aşağı səviyyədə olan qiymətləri 5 il ərzində qorunacaq. "Bu dövr ərzində inkişafda olan ölkələrin investisiya və kapitala çıxışı məhdud səviyyədə olacaq", - deyə prezident qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri