AzTV-də “Səs Azərbaycan” musiqi yarışmasının seçim turları başlayıb

AzTV-də “Səs Azərbaycan” musiqi yarışmasının seçim turları başlayıb AzTV-də “Səs Azərbaycan” musiqi yarışmasının seçim turları başlayıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər. Bundan başqa, “Səs Azərbaycan” layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.

Qeyd edək ki, indiyə qədər “The Voice” dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub. Milyonlarla tamaşaçı olan bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53