“Solaxay” və “Vatikan yazıları” nümayişi başlayıb

Nizami Kino Mərkəzində iyulun 30 –dan etibarən ABŞ- ın istehsalı olan “Solaxay”, “Vatikan yazıları” və “Özündən kənarda” filmlərin nümayişinə başlanıb.

“Solaxay” trillerini Kurt Satterin ssenarisi əsasında rejissor Antuan Fukua dram, idman və döyüş janrında çəkib. Filmin sloqanı: “Taleyinə qalib gəl”.

Boksyor Billi Xoupun həyatında hər şey qaydasındadır: çempion titulu, gözəl arvadı və sevimli qızı var. Amma taleh bir gun üzünü ondan döndərir: arvadı faciəvi şəraitdə həlak olur, rinqdən diskvalifikasiya olunur, qazancı sıfra enir, məhkəmə onu atalıq hüquqlarından məhrum edir. O, çempion adını yenidən qazanmalı və qızını qaytarmalıdır. Xoupun qələbə şansı varmı? Hər şeyi onun məhşur solaxay xuk zərbəsi həll edəcək...

Baş rollarda Ceyk Cillenhol, Reyçel MakAdams, Forest Uitaker, Oona Lourens, Fifti Sent, Skaylan Bruks, Naomi Xarris, Viktor Ortis, Bo Napp və Migel Qomes çəkilib.

Rejissor Mark Neveldaynın çəkdiyi “Vatikan yazıları” filmi triller və dəhşət janrındadır.

Film, keçirilən ekzorsizm mərasimini (cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovulması) əks etdirən videogörüntülərin Vatikandan itdiyindən sonra baş verən hadisələrdən bəhs edir.

Filmdə baş rollara Maykl Penya, Ketlin Robertson, Cimon Xonsu, Düqrey Skott, Con Patrik Amedori, Oliviya Teylor Dadli, Maykl Pare, Temina Sanni, Deniel Bernxard, Noemi Qonzalez və digər aktyorlar çəkiliblər.


“Solaxay” və “Vatikan yazıları” nümayişi başlayıb
“Solaxay” və “Vatikan yazıları” nümayişi başlayıb
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57