Azərbaycan və Rusiya hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

S.Şoyqu azərbaycanlı həmkarı ilə görüşdə qeyd edib: "Çox şadam ki, siz Beynəlxalq hərbi oyunların açılış mərasimində iştirak etməyə vaxt tapdınız. Ümid edirəm ki, sizin komandanız yaxşı nəticələr göstərəcək".

RF Müdafiə Nazirliyinin məlumatına əsasən, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Z.Həsənov Beynəlxalq hərbi oyunların açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri