Şabranda 20 yaşlı gənc əmisini və onun tanışını bıçaqlayıb

Bu gün Şabran rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndində qeydə alınıb. Şabran rayonu, Xırdaoymaq kənd sakini 20 yaşlı Rövşən Dadaşov, əmisi Elxan Dadaşovun evində qonaq olub. İçki məclisi zamanı yaranmış mübahisə zamanı qardaşoğlu əmisinə və onun qonağına bıçaq xəsarətləri yetirib.

R.Dadaşov əmisi E.Dadaşova qarın nahiyəsindən bir və evdə qonaq olan 44 yaşlı Gəndob kənd sakini Şahin Mürsəliyevə qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.

Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılaraq əməliyyat olunub, vəziyyətləri stabildir.

Hadisənin törədən 20 yaşlı gənc saxlanılıb. Onun barəsində Şabran rayon Polis Şöbəsində cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri