ABŞ İordaniyaya F-16 qırıcı təyyarələri və Patriot raketlərini göndərəcək

ABŞ İordaniyaya F-16 qırıcı təyyarələri və Patriot zenit raket kompleks batareyasını göndərəcək. Trend-in RİA Novosti agentliyinə istinadən bazar ertəsi verdiyi məlumata görə, bu barədə Pentaqon bildirib.

" İordaniya hökumətinin sorğusuna əsasən, bu silahlardan bəziləri təlimlərin tamamlanmasından sonra İordaniyanın müdafiə potensialını və imkanlarını artırmaq üçün daha uzun müddətə qala bilər", - Pentaqon nümayəndəsi general Teylorun bəyanatında deyilib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Çak Xeyqel iyunda keçiriləcək təlimlər üçün silahların göndərilməsini bəyənib.
Dövlət departamentinin nümayəndəsi Cen Psaki bazar ertəsi brifinqdə təyyarə və ZRK-ların göndərilməsi haqqında qərarı təsdiq edib. " Bizim möhkəm əməkdaşlıq münasibətlərimizi nəzərə alaraq, onlar bu ölkə ilə illik təlimlərdə iştirak üçün İordaniyaya göndəriləcək. Əgər lazım olarsa, onlardan bir hissəsi İordaniya hərbçilərinə kömək məqsədilə orada qala bilər, amma bu barədə qərar hələ qəbul edilməyib", - Psaki deyib.

CNN-ın məlumatına görə, ABŞ ZRK-rı artan qorxu fonunda İordaniyanın Hava Hücumundan Müdafiəsinə kömək edə bilər, Suriya raketləri region ölkələrinə qarşı sonrakı onların istifadəsi ilə "Hizbullah" şiə hərəkatının əlınə düşə bilər.
Şərhlər
Dünya bölməsinin xəbərləri