Yardımlı sakini bacısının keçmiş nişanlısını güllələdi

Firuz Rzayev ov tüfəngi ilə Vüqar Xurşudovu ürəyinə iki dəfə atəş açıb

Yardımlıda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 27-də saat 22.00 radələrində rayonun ucqar Perimbel kəndi ərazisində qeydə alınıb. Kənd sakini Firuz Mirziyad oğlu Rzayev qısqanclıq zəminində bacısının nişanlısı olmuş həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Mirqiyas oğlu Xurşudovu ov tüfəngi ilə ürək nahiyəsindən iki dəfə atəş açmaqla güllələyərək qətlə yetirib.

Hadisəni törətmiş F.Rzayev rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq həbs olunub.

Faktla bağlı araşdırmalara başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri