Vergilər naziri: “Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb”

Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atılıb.

APA-nin məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilən kollegiya iclasında nazir, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov deyib. O, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Kollegiya iclasında prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri