FHN: "Hyatt Regency" hotelində yanğın baş verməsi barədə məlumat həqiqəti əks etdirmir

"Hyatt Regency" hotelində yanğın baş verməsi barədə bəzi saytlarda yayılmış məlumat həqiqəti əks etdirmir.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, adı çəkilən hoteldə hər hansı yanğın hadisəsi baş verməyib.

"Bu gün günorta saatlarında Parlament prospektində yerləşən "Naxçıvan" restoranının mətbəx hissəsində tüstülənmə baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb", - deyə mətbuat xidmətində qeyd ediblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri