Məşhur müğənni Uitni Hyustonun qızı vəfat edib

Məşhur pop ulduzu Uitni Hyustonun qızı vəfat edib.

APA-nın xarici mətbuata istinadən məlumatına görə, Uitni Hyuston və sənətçi Bobbi Braunun qızı, 22 yaşlı Bobbi Kristina Braunun müalicə olunduğu xəstəxanada öldüyü bildirilir. Ailəsinin yaydığı açıqlamada qeyd edilib ki, valideynləri kimi müğənni olan Kristina bu il yanvarın 31-də yaşadığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. Onun beynindən ciddi zədə aldığı məlum olub. 6 ay xəstəxanada saxlanılan gənc müğənni ötən gün vəfat edib.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında ölüb. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib. Uitni Hyuston bütün sərvətini qızına bağışlamışdı.
Şərhlər
Hadisə bölməsinin xəbərləri