Türkiyə superkuboku uğrunda "Qalatasaray" - "Fənərbağça" oyunu Bakıda keçirilməyəcək

Galatasaray Fenerbahce Azerbaijan Azərbaycan AFFA TFF-nin müraciətini cavablandırıb.


Live.az AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında Türkiyə Superkuboku uğrunda bu il avqustun 11-də keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyasının müraciəti AFFA tərəfindən cavablandırılıb.


Oyun gününədək qalan vaxtın məhdud olması nəzərə alınaraq, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın bu il Bakıda keçirilməməsi məqsədəuyğun sayılıb.


Xatırladak ki, bir müddət öncə TFF superkubok oyunun Bakıda keçirilməsi ilə əlaqədar AFFA məktub göndərmişdir.
Şərhlər
İdman bölməsinin xəbərləri