Rövnəq Abdullayev: “Milli komandamız maraqlı qrupda yer alıb”

Rövnəq Abdullayev: “Milli komandamız maraqlı qrupda yer alıb” “Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm”.

APA-nın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018 Seçmə mərhələ püşkatmasının nəticələrini şərh edən Rövnəq Abdullayev Azərbaycan millisi ilə bir qrupda yer almış komandalar haqqında fikirlərini bildirib:

“San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.
Şərhlər
İdman bölməsinin xəbərləri