"Qarabağ" - "Seltik" oyununun yeri və vaxtı məlum oldu

"Qarabağ" - "Seltik" oyununun yeri və vaxtı məlum oldu Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam) - "Seltik" (Şotlandiya) oyununun yeri və vaxtı dəqiqləşib.

Trend-in məlumatına görə, Bakıda keçiriləcək görüş avqustun 5-də saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Şotlandiyada keçiriləcək ilk oyun isə iyulun 29-da Bakı vaxtı ilə 23:45-də "Seltic Park" stadionunda reallaşacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri